\

\"Kəpəz\"in iki legioneri məşqlərə başladı

Hazırda oxunan: \"Kəpəz\"in iki legioneri məşqlərə başladı

114266

Türkiyədə toplanışda olan "Kəpəz" məşqləri davam etdirir.  

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib. 

Futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında çalışıblar.  

Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıb. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər.  
Bu gün axşam saatlarında komanda daha bir məşqə çıxacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO