\

\"Qarabağ\" \"Qəbələ\" ilə üz-üzə gələcək

Hazırda oxunan: \"Qarabağ\" \"Qəbələ\" ilə üz-üzə gələcək

109261

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Şamaxı" "Zirə"ni qəbul edəcək. Bölgə təmsilçisi 12 xalla yeddinci, "qartallar" 26 xalla dördüncü sıradadır.

Komandalar indiyədək Premyer Liqada 28 dəfə üz-üzə gəliblər. Bunların 11-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Zirə" üstündür - 34:27.

İkinci görüşdə son çempion "Qarabağ" "Qəbələ"ni sınağa çəkəcək. "Köhlən atlar" 44 xalla liderdir, "qırmızı-qaralar" 24 xalla beşinci sıradadır. Bu, tərəflərin ölkə çempionatlarında 65-cı oyunu olacaq. 30 dəfə Ağdam təmsilçisi, 10 dəfə qonaqlar meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 86:43.

Qeyd edək ki, XVII turun "Kəpəz" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları dekabrın 14-də, "Turan Tovuz" - "Neftçi" matçı isə dekabrın 15-də gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO