İdman yarışlarında mükafatlar gəlir vergisindən azad edilir

İdman yarışlarında mükafatlar gəlir vergisindən azad edilir

Hazırda oxunan: İdman yarışlarında mükafatlar gəlir vergisindən azad edilir

108700

Gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili (respublika, regional, şəhər və rayon səviyyəsində) idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 000 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur. 
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO