İtaliyanın bu klubunun prezidenti istefa verdi

İtaliyanın bu klubunun prezidenti istefa verdi

Hazırda oxunan: İtaliyanın bu klubunun prezidenti istefa verdi

106827

İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedved istefa verib.

Bizim.Media-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano paylaşım edib.

Paylaşımda qeyd edilib ki, sözügedən funksionerlərlə yanaşı, idarə heyəti də tam tərkibdə vəzifəsindən ayrılıb.

“Növbəti aylarda Turin təmsilçisinin yeni strukturu formalaşdırılacaq” – deyə F.Romano bildirib.

Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən, Pavel Nedved isə 2016-cı ildən "Yuventus"da hazırkı vəzifəni tuturdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO