Qətərdə Maradonanın xatirəsi yad EDİLDİ- DÇ-2022 

Qətərdə Maradonanın xatirəsi yad EDİLDİ- DÇ-2022 

Hazırda oxunan: Qətərdə Maradonanın xatirəsi yad EDİLDİ- DÇ-2022 

106418

Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın xatirəsi yad edilib. 

Bizim.Media "Associated Press"ə istinadən xəbər verir ki, veteran hücumçunun ölümünün 2-ci ildönümü ilə bağlı keçirilən tədbirdə FIFA prezidenti Canni İnfantino da iştirak edib. 

Funksioner bildirib ki, Maradona ölməzdir və hələ heç kim insanlara idman sevgisini aşılamaq üçün onun qədər iş görməyib: "Dieqo hələ də bizimlədir". 

Mərasimə Argentina yığmasının üzvləri, təşkilat komitəsinin rəsmiləri və digər qonaqlar da qatılıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. 1986-cı il dünya çempionatının qalibi olmuş mərhum hücumçu XX əsrin ən yaxşı futbolçularından biri hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO