"Növbəti oyuna hazırlığın yaxşı getdiyini deyə bilmərəm".
Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Səbail"ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XV tur matçı ilə bağlı klubun rəsmi televiziyasına açıqlamasında deyib.
47 yaşlı mütəxəssis bəzi aparıcı futbolçuların zədəli olduğunu, digərlərinin isə milli komandalarda çıxış etdiyini bildirib:
"Eddi İsrafilov və Azər Salahlının durumu hələlik istənilən səviyyədə deyil. Əlimizdə olan oyunçulardan maksimum yararlanmaq istəyirik. Zədəlilərin tezliklə komandaya qoşulacaqlarına inanırıq".
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Neftçi" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:11 / 19.11.2022
\"Neftçi\"nin baş məşqçisi: \"Hazırlığımız yaxşı getmir\"
Hazırda oxunan: \"Neftçi\"nin baş məşqçisi: \"Hazırlığımız yaxşı getmir\"
Hazırda oxunan: \"Neftçi\"nin baş məşqçisi: \"Hazırlığımız yaxşı getmir\"
105245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.