DÇ-2022: Benzema ilk oyunu buraxacaq

DÇ-2022: Benzema ilk oyunu buraxacaq

Hazırda oxunan: DÇ-2022: Benzema ilk oyunu buraxacaq

103453

Fransa millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema bu il Qətərdə keçiriləcək dünya çempionatının ilk tur oyununu buraxacaq. 

Bizim.Media "L Equipe" nəşrinə istinadən xəbər verir ki, zədədən sonra bərpa prosesi keçən 35 yaşlı hücumçu mundialın startınadək hazır olmayacaq. 

Təcrübəli forvard "kral klubu"nun bu il La Liqada keçirəcəyi son 3 matçında da iştirak edə bilməyəcək. 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması D qrupunda ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək. Bu qrupda Danimarka və Tunis milli komandaları da yer alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO