Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək.
Bizim.Media xəbər verir ki, noyabrın 10-dək davam edəcək çempionatda 41 ölkədən paracüdoçular tatami üzərinə çıxacaqlar.
Heydər Əliyev İdman Konsert Kompleksində təşkil olunacaq çempionatda ölkəmizi 13 cüdoçu - İsmayıl Muradov (60 kq J1), Amil Əliyev (73 kq J1), Hüseyn Rəhimli (73 kq J2), Namiq Abaslı (73 kq J2), Zakir Mislimov (90 kq J1), İlham Zəkiyev (+90 kq J1), Kənan Abdullaxanlı (+90 kq J2), Əsma İbrahimova (48 kq J2), Şəhanə Hacıyeva (48 kq J2), Vəfa Seydova (57 kq J1), Xanım Hüseynova (70 kq J2), Xatirə İsmiyeva (+70 kq J1) və Dürsədəf Kərimova (+70 kq J2) təmsil edəcək.
Qeyd edək ki, sentyabrda çempionatının loqosu, medalları və maskotu ictimaiyyətə təqdim olunub.
Yarışın açılış mərasimi 8 Noyabr - Zəfər Gününə təsadüf etdiyindən, loqoda xarıbülbülün rənglərinə yer verilib. Səkkizguşəli ulduz formasında olan medalların üst tərəfində yarışa ev sahibliyi edəcək ölkənin adı və cüdoçuların fotoları yer alıb.
Dünya çempionatının maskotu isə “Yenilməz” adlanır. Maskot Azərbaycan idmançılarının mübarizliyini əks etdirən alovlu oğlanı xatırladır.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:00 / 08.11.2022
Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək
Hazırda oxunan: Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək
Hazırda oxunan: Bu gün Bakıda paracüdo üzrə dünya çempionatına start veriləcək
103274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.