Hindistanın Assam ştatında ən azı 15 nəfər bəbirin hücumundan xəsarət alıb.
Bir çox zərərçəkənlər dişlənmiş yaralar alıb və xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Times of İndia" telekanalı məlumat yayıb.
Hazırda bu vətəndaşların həyatı üçün heç bir təhlükə yoxdur.
Buna baxmayaraq, xəsarət alan insanlar Corxat Tibb Kollecinin xəstəxanasına daxil olmaqda davam edir, bu barədə müəssisənin mətbuat katibi Purnima Barua məlumat verib.
Bəbirin hücumuna məruz qalanlar meşə təsərrüfatı işçiləri, uşaqlar və qadınlar olub.
Onların bir çoxu xəstəxanaya Corxat şəhəri ətrafında yerləşən tropik meşələr İnstitutunun kampusundan gəlib.
Ehtimal edilir ki, vəhşi heyvan oraya qonşuluqda yerləşən Qibbon vəhşi təbiət qoruğundan yem dalınca gəlib.
Kampus sakinlərinə öz evlərini tərk etməmək tövsiyə edilib.
Bəbiri tutmaq üçün hakimiyyət kampusun bütün ərazisində tələ quraşdırıb, Corxat şəhər administrasiyasının nümayəndəsi Rancit Konvar məlumat verib.


































































































