Şamaxıda qaçırdıqları avtomobillə qəza törədən iki yeniyetmə saxlanılıb - FOTO

Şamaxıda qaçırdıqları avtomobillə qəza törədən iki yeniyetmə saxlanılıb - FOTO

Hazırda oxunan: Şamaxıda qaçırdıqları avtomobillə qəza törədən iki yeniyetmə saxlanılıb - FOTO

579369
Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininin VAZ-2106 markalı avtomobili yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxaran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər. Onlar hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar.
 
Daha sonra yeniyetmələr polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil veriliblər. 
 
Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO