İŞİD SOCAR-ın daha bir yanacaqdaşıyan avtomobilini ələ keçirdiyini iddia edir

İŞİD SOCAR-ın daha bir yanacaqdaşıyan avtomobilini ələ keçirdiyini iddia edir

Hazırda oxunan: İŞİD SOCAR-ın daha bir yanacaqdaşıyan avtomobilini ələ keçirdiyini iddia edir

50401
Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ”“ SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar.
 
APA-nın məlumatına görə, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar.
 
APA həmin fotonu əldə edib.
 
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil.
 
“ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, - deyə N. Quliyev vurğulayıb.
 
Xatırladaq ki, bir neçə ay əvvəl də Suriyada vuruşan silahlılar üzərinə “SOCAR” yazılmış avtomobili ələ keçirdikləri barədə məlumat yaymışdılar. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev həmin vaxt da APA-ya açıqlamasında avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirmişdi: “Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən, fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də SOCAR-ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, SOCAR-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO