Xankəndi ermənisi Azərbaycan postuna gəldi: Acam, siqaretim yoxdur - VİDEO

Xankəndi ermənisi Azərbaycan postuna gəldi: Acam, siqaretim yoxdur - VİDEO

Hazırda oxunan: Xankəndi ermənisi Azərbaycan postuna gəldi: Acam, siqaretim yoxdur - VİDEO

206093

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

 

Sfera.az xəbər verir ki, Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

 

Bu gün isə Şuşada Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb.

 

Qeyd edək ki, bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib.

 

Digər tərəfdən isə erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.

 

azxeber.com

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO