Səbail Rayonu İcra Hakimiyyəti yağışlı havada yerə asfalt örtüyü döşəyir.xa0
Bu barədə Moderator.az-a informasiyanı Badamdar qəsəbəsinin sakinləri verib. Sakinlərin sözlərinə görə, icra hakimiyyəti nədənsə yay fəsilində görməli olduğu işi yağışlı payız fəsilinə saxlayıb.xa0
Sakinlər əməkdaşımıza bildirib ki, bu dəqiqələrdə də yağışın altında yollara asfalt döşənmə işi davam etməkdədir.































































































