Azərbaycanda daha bir dəhşətli zorlanma faktı qeydə alınıb. Dünən 17 yaşlı qız orlandığını bildirib.
Təcavüzə məruz qaldığını iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib.
Ələt qəsəbəsi Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə tanıdığı Əlifağa adlı şəxs onu zorlayaraq cinsi əlaqədə olub.
Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər.
Bildirilib ki, Əlifağa adlı şəxs qızın qardaşının qayınatasıdır. (Qafqazinfo)


























































































