Təhsil ocaqlarında cansıxıcı Xocalı soyqırımı tədbirləri...

Təhsil ocaqlarında cansıxıcı Xocalı soyqırımı tədbirləri...

Hazırda oxunan: Təhsil ocaqlarında cansıxıcı Xocalı soyqırımı tədbirləri...

122894
Hər il 20 Yanvar, 26 fevral Xocalıda törədilmiş soyqırım ərəfəsində bir çox təşkilatlarda, əsasən də məktəblərdə anım mərasimləri keçirilir. Yazılan ssenarilər də sanki eyni insanın qələminin məhsulu olduğundan xeyli cansıxıcı təsir bağışlayır...

xa0Şagirdlərin yaş səviyyələrinə uyğun olmayan səhnəciklər, uzun-uzadı şeirlər zalda gərginlik yaradır. Tutaq ki, 5 - ci sinif şagirdinin oğlu şəhid olmuş ana obrazını yaratması (aylarla məşqlər gedir) doğrudanmı bu qədər vacibdir? Və ya bu kimi səhnəciklər doğrudanmı xa0vətənpərvərlik hissini artırır, deyə düşünürsünüz?? Qətiyyətlə deyirəm ki, bu cür səhnəcikləri canlandırmaq uşaqların psixi durumuna çox ciddi zərbə vurur. (bir çox həkimlərlə bu mövzu ətrafında gəldiyim qənaət buna sübutdur) Bu haqda bir dəfə də münasibət bildirmişdim...xa0

Əlbəttə, yetişməkdə olan nəsil bilməlidir ki, onu torpaqları hələ də yağılar əlindədir. Ancaq bunu ildə bir-iki dəfə xa0yas məclisi şəklində deyil, ilboyu maarifləndirici yöndə aşılamaq və təbliğ etmək lazımdır. Müharıbə veteranları, şəhidlərimizin valideynləri, qonaqlar uşaqlarla canlı ünsiyyət qurub fikir paylaşmalıdırlar. Qoy onlar şagirdlərin suallarına cavablandırsınlar.xa0
Hal-hazırda keçirilən tədbirlər bir daha təkrar edirəm ki, nəinki vətənpərvərlik hissi aşılamır, əksinə, belə formatda, məzmunda olan tədbirlər uşaqların qorxaq və unutqan böyüməsinə rəvac verir.xa0

P. S. Bu gün belə tədbirlərin birindən zalı tərk etməli oldum...

Jalə Cəfərova,xa0
"Milli Mədəniyyətin Təbliği" İctimai Birliyinin rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO