Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.xa0
Moderator.az xa0xəbər verir ki, Report-un məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.xa0
Yol-nəqliyyat hadisəsi “Mercedes”x9d markalı minik avtomobili ilə “VAZ 21099”x9d markalı avtomobilin toqquşması nəticəsində baş verib.xa0
Hadisə zamanı “VAZ 21099”x9d markalı avtomobilin sürcüsü və sərnişini ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.xa0
Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil.xa0
Faktla bağlı araşdırmalara başlanılıb.






























































































