İmişlidə bankın binasına qaz balonu atdılar - Həbs edilən var - Yenilənib

İmişlidə bankın binasına qaz balonu atdılar - Həbs edilən var - Yenilənib

Hazırda oxunan: İmişlidə bankın binasına qaz balonu atdılar - Həbs edilən var - Yenilənib

113708
Dünən İmişli rayonunda Unibankın binası önünə qaz balonu atıblar.

Bankın önünə atılan qaz balonunun partlaması nəticəsində xəsarət alan olmayıb.

Əməkdaşımız hadisənin axşam saat 21 radələrində baş verdiyini deyir.

İmişli rayon Polis İdarəsi gücləndirilimiş iş rejiminə keçib. Polis rayondakı obyektlərin mühafizəsini gücləndirib. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışına başlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.xa0

Əməkdaşımız qaz balonunun partladılması ilə bankın inzibati binasına da zərər dəymədiyini deyib.(avropa.info)

***

Avropa.info-nun bölgə müxbiri xəbər verir ki, bir nəfər bankın önünə qaz balonu atıb. Qaz balonu alışıb. Hadisəni görən sakinlər yanğınsöndürənlərə xəbər veriblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Qaz balonunun alışması nəticəsində heç bir obyektə ziyan dəyməyib. Həmin ərazidə bir ağac yanıb.

Polis hadisəni törətməkdə ehtimal edilən bir nəfəri saxlayıb. Hələlik həmin şəxsin adı açıqlanmır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO