Trampdan XƏBƏRDARLIQ: Rusiya ilə ticarət aparan ölkələrə də sanksiya tətbiq olunacaq – VİDEO

Trampdan XƏBƏRDARLIQ: Rusiya ilə ticarət aparan ölkələrə də sanksiya tətbiq olunacaq – VİDEO

Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ: Rusiya ilə ticarət aparan ölkələrə də sanksiya tətbiq olunacaq – VİDEO

580926

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə biznes əlaqələrinə malik ölkələrə qarşı yeni sanksiyaların gündəmdə olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. 

Tramp bildirib ki, respublikaçılar partiyasından olan qanunvericilər sözügedən məsələ ilə bağlı olduqca sərt bir qanun layihəsi üzərində çalışırlar:

“Eşitmişəm ki, bu işlə məşğuldurlar və bu, məni qane edir. Respublikaçılar çox sərt bir qanun layihəsi hazırlayırlar. Bu layihə Rusiya ilə ticarət aparan istənilən ölkəyə qarşı sanksiyaları nəzərdə tutur”.

Tramp əlavə edib ki, sanksiya mexanizminə İranın da daxil edilməsi mümkündür:

“Onlar bura İranı da əlavə edə bilərlər, bilirsiniz ki, bunu mən təklif etmişəm. Beləliklə, Rusiya ilə iş görən hər bir ölkə çox ciddi sanksiyalarla üzləşəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO