Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO

Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO

Hazırda oxunan: Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO

30922

"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinin uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris dövrü başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2021-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar birləşmə və hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan Qarnizonu Qoşunlarında toplantılar keçirildi - VİDEO


Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarla idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının tapşırıqlarını çatdırarkən yeni tədris dövründə əsas diqqətin qoşunların daima döyüşə hazırolmasının təmin edilməsinə, əməliyyat direktivinə uyğun olaraq döyüş tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsinə yönəldildiyi vurğulanıb.

Çıxışların ardından 2021-ci tədris ilinin birinci tədris dövründə döyüş və ictimai-siyasi hazırlıqda fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Birləşmə və hissələrdə təntənəli keçidlərdən sonra Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrünün ilk məşğələləri keçirilib, qoşunlar döyüş hazırlığı üzrə bölmələrin tərkibində həyəcan siqnalı ilə məşq etdirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO