SON DƏQİQƏ! Polşa Belarusla sərhədə qoşun toplayır – VİDEO

SON DƏQİQƏ! Polşa Belarusla sərhədə qoşun toplayır – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Polşa Belarusla sərhədə qoşun toplayır – VİDEO

269682

Polşa Belarus sərhədinə hərbi texnika göndərir.

Bizim.Media xəbər verir ki, Polşanın rəsmi dövlət kanalı bu barədə məlumat yayıb.

Məlumata görə, Polşanın hərbi texnika kolonu Belarus sərhədinə doğru irəliləyir: 

“Səhər lentə alınan kadrlarında Polşa qoşunlarının aktiv hərəkəti, o cümlədən sərhəd istiqamətində hərəkət edən kolonlar görünür”, — deyə xəbərdə bildirilib.
 

Qeyd edək ki, sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Hadisə ilə bağlı Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb. Polşa tərəfi PUA-ların zərərsizləşdirildiyini açıqlayıb.  


Xatırladaq ki, Rusiya və Belarus hərbçilərinin birgə iştirak edəcəyi “Qərb-2025” təlimləri sentyabrın 12-dən 16-dək Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə keçiriləcək. Moskva bu manevrlərdə Şimali Atlantika Alyansı qüvvələri ilə mümkün toqquşma ssenarisini məşq edəcək.

Belarus rəsmiləri təlimlərə təxminən 13 000 hərbçinin cəlb edildiyini açıqlayıb.

Ancaq NATO və Ukrayna mənbələri bu rəqəmin əhəmiyyətli dərəcədə yüksək– 100 000–150 000 nəfər ola biləcəyi qənaətindədirlər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO