Sosial şəbəkələrdə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizim.Media-ya bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.
O, inzibati qaydada həbs olunub.
Qeyd edilib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
17:43 / 02.06.2025
DİN: Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi – VİDEO
Hazırda oxunan: DİN: Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi – VİDEO
Hazırda oxunan: DİN: Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi – VİDEO
252668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.