Millət vəkili Qənirə Paşayeva Qahramanmaraşda Suriya Türkmən Təşkilatlarının fəalları ilə görüşüb.
Suriya Türkmən Təşkilatlarının fəalları türkmənlərin üzləşdiyi ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin Suriya türkmənlərinin vəziyyətinə biganə münasibəti, xa0Suriya Türkmən təşkilatlarının xa0soydaşlarımızı və onların haqlarını xa0qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib. xa0

Millət vəkili Azərbaycan xalqının Suriyada xa0yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü vurğulayıb. Suriyada xa0yaşayan türkmənlərin son on illər ərzində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Suriyada yaşayan türkmənlərin üzləşdiyi faciələr, onların ağır vəziyyəti hamımızı ciddi narahat edir. Suriya xa0türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında çıxış edərək, çağırış səsləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya xa0türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb.xa0

Millət vəkili Qənirə Paşayeva bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının Suriya xa0türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva diaspor təşkilatlarımızın da Suriya türkmənlərinin səsini beynəlxaql ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb. Suriya Türkmən təşkilatları fəalları Suriyada xa0yaşanan son hadisələr barədə daha geniş məlumat verərək Suriya xa0türkmənlərinin xa0Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm Suriya xa0türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var.xa0


Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva Türkmən təşkilatları fəallarına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”x9d İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan millət vəkili Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə Suriya türkmənləri ilə də əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib.






























































































