“Neft pullarının hesabına fəaliyyət göstərən bankın bağlanması labüddür”x9d
Son zamanlar ökədə bank sektorunda ciddi problemlər yaşanır. Hətta bəzi banklar depozitləri olan müştərilərinin pullarnı qaytarmaq iqtidarında belə deyillər.
İqtisadi ekspert Samir Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, bu problemlər əslində məntiqi sonluqdur, çünki Azərbaycanda bankların daimi dayanıqlılığı yoxdur:
“Azərbaycanda banklar neft pullarının hesabına dayanıqlılıq əldə edib, bu isə daimi dayanıqlılıq deyil. Bu səbəbdən də bu gün bank sektorunda ciddi problemlərin yaranması qaçınılmazdır. Buna görə də neftin qiymətində baş verən ucuzlaşma, ölkəyə gələn neft gəlirlərinin azalması bank sektoruna öz təsirini göstərməyə başladı”x9d.

Ekspert qeyd edib ki, güclü, daimi dayanıqlılıq mənbəyi olmayan banklara əsas zərbəni isə devalvasiya vurub. Onun sözlərinə görə, devalvasiyadan sonra hansı banklar ki, Mərkəzi Bankın normativlərini yerinə yetirmədi, özəlliklə kreditlərin verilməsində, bu banklar ciddi zərər görməyə başlayıb:
“Hansı banklar ki, kredit qoyuluşunu riskləri nəzərə almadan həyata keçirirdi, hamıya necə gəldi kredit verirdi, həmin banklar kor-koranə verdikləri kreditləri geri almaqda əziyyət çəkməyə başladılar. Buna görə də hazırda ölkə banklarında problemli kreditlerin miqdarı ciddi şəkildə artıb. Bu səbəbdən də 2 bank bağlandı. Bir neçə bank isə potensial olaraq bazarı tərk etmək üzrədir”x9d.
Samir Əliyev əlavə edib ki, problemə digər səbəb isə ölkədə bankların sayının çox olmasıdır:
“Burda səbəb bir tərəfdən bankların Mərkəzi Bankın qoyduğu qaydalara əməl etməməsidirsə, digər tərəfdən də bankların sayının ölkdə çox olmasıdır. 43 bank Azərbaycan üçün çoxdur, müştəri kontingenti azdır. Və iqtisdiyyatda baş verən son zamanlarkı proeseslər bəzi iş yerlərinin bağlanmasına, məvaciblərin azalmasına səbəb oldu ki, təbii olaraq müştəri kasıblaşdıqca bank da kasıblaşır”x9d.
Bağlanan və bağlanacaq banklarda müştərilərin qoyduqları depozitlərin taleyi ilə bağlı məsələyə də toxunan ekspert, Mərkəzi Bankın bu sahədə müştərilərin hüquqlarını təmin edəcəyinə umid etdiyini bildirib.

































































































