Keçmiş nazirdən Nəcməddin Sadıqov haqqında şok ittiham...

Keçmiş nazirdən Nəcməddin Sadıqov haqqında şok ittiham...

Hazırda oxunan: Keçmiş nazirdən Nəcməddin Sadıqov haqqında şok ittiham...

85272
Keçmiş müdafiə naziri Rəhim Qazıyev Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadənin daxili işlər naziri Ramil Usubova Açıq Məktubunu oxuyandan dərhal sonra saytla əlaqə saxlayaraq baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib:

"O məktubu ürək ağrısıyla oxudum. Təbii ki, ötən illər ərzində Azərbaycan polisi xeyli səhvlər buraxıb və ən əsası siyasi hakimiyyətin qalxanı rolunda çıxış edərək xalq arasındakı nüfuzunu xeyli itirib. Amma istənilən halda polis bu dövlətin, bu millətin asayişi, təhlükəsizliyi üçün çox böyük işlər görmüş bir qüvvədir və onların xidmətlərini danmaq vicdansızlıq olardı. O ki, qaldı konkret olaylara görə iki polisin vəzifədən kənarlaşdırılmasına, buna dözmək mümkün deyil. Necə ola bilər ki, bir təfədən prezidentin özü də məmur özbaşınalığına, harınlamış məmur övladlarının at oynatmasına qarşı sərt mövqe sərgiləyir və onlara qarşı ən kəskin mövqe tələb edir, bunun əksinə olaraq həmin harın övladlara qanunların sərt üzünü göstərənlərin özü bu cür acınacaqlı aqibətlə qarşılaşır? Bundan sonra hansı polis azğınlıq edən məmur övldının avtoxuliqanlığına və ya digər kobud davranışlarına reaksiya bildirər? Axı neə ola bilər ki, ölkə qanunları bu qədər ayaqlar altına atılsın? Nəcməddin Sadıqov vaxtilə mənim etibarımdan sui - istifadə edib sürətlə hərbi vəzifələrə və rütbələrə yiyələndi, sonra gözü ayağının altını görmədi. Mənim vaxtımda polis qardaşlarımız Milli ordu hissələriylə birlikdə torpaqlarımızın müdafiəsi uğrunda kişi kimi, mərdi-mərdanə savaşırdılar, nə qədər şəhid oldu onlardan. Amma Nəcməddin kimi uğursuzlar bu gün də ölkənin ən strateji qurumunun başında dayanıb. Vaxtilə filtrsiz siqaret çəkən bir adam hansı xidmətlərinə görə bu gün ölkənin ən varlı oliqarxlarından birinə çevrildi? Axı bütün itirilmiş torpaqlarda onun birbaşa günahı var. Üstündən 23 il keçməsinə baxmayaraq bu adam hələ də bayrağını və paqonunu üzərində daşıdığı dövlətin rəsmi dilində - Azərbaycan dilində danışa bilmir. Doğrusu, mən Ramil Usubovdan belə zəiflik gözləməzdim, o heç bir halda öz əməkdaşlarını belə ucuz qurban verməməliydi. Belə getsə, sabah hansısa azğın məmur balası onu saxladan polisin üzərinə maşın sürüb onu qanına qəltan etsə, təəccüblənmərəm."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO