ATƏT-in Bakı ofisi Aleksis Şahtaxtinski ilə bağlı məsələyə şərh verməkdən imtina etdi

ATƏT-in Bakı ofisi Aleksis Şahtaxtinski ilə bağlı məsələyə şərh verməkdən imtina etdi

Hazırda oxunan: ATƏT-in Bakı ofisi Aleksis Şahtaxtinski ilə bağlı məsələyə şərh verməkdən imtina etdi

79937
ATƏT-in Bakı ofisi qurumun  ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyətinin dayandırılması ilə bağlı məsələyə şərh verməkdən imtina etdi.

Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində bildirib ki, Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb: 

"Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer Aleksis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Aleksis Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı", - deyə N. Məmmədov qeyd edib.
ATƏT-in Bakı ofisi A. Şahtaxtinskinin fəaliyyətinin dondurulması ilə bağlı şərh verməkdən imtina edərək  ətraflı məlumat əldə etmək üçün təşkilatın Vyanada yerləşən baş ofisinə müraciət etməyi tövsiyyə etdilər.
 Diplomatik mənbələrdən Sputnik-ə verilən məlumatda isə bildirlir ki,  cari ilin mayın 31-də A. Şahtaxtinskinin  kontrakt müddəti başa çatdığından onu geri çağrılması ilə bağlı ATƏT-in Vyana ofisi qərar verib: 

“Onun fəaliyyətinin dayandrırlmasına Azərbaycan prezidenti  ilə şəkil çəkdirilməsi barədə söylənilən fikirlər  həqiqəti əks etdirmir. Sadəcə ATƏT-in fəaliyyətdə olan sədrinin regiona, o cümlədən Azərbaycana səfər etməsi, diplomatın fəaliyyətinin başa çatması elan olunmadı.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO