Mətanət: Üzr istəyirəm hamınızdan... - VİDEO

Mətanət: Üzr istəyirəm hamınızdan... - VİDEO

Hazırda oxunan: Mətanət: Üzr istəyirəm hamınızdan... - VİDEO

78735
“Gündəlik”x9d verilişinin aparıcısı Mətanət Əliverdiyeva verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib.

Moderator.Az xa0Atv.Az-a istinadən xəbər verir ki, hadisə baş verən günü efirə çıxmaqdan imtina edən aparıcının növbəti gün efirdə hadisəni şərh edərkən dediyi fikirlər bəzi insanlarda qıcıq yaradıb. Mətanət Əliverdiyevanın dediklərini düzgün olmayan formada çatdıran bəzi mətbuat orqanları aparıcı ilə tamaşaçıları üz-üzə qoyublar. Övlad tikisi yaşayan, iki oğul anası olan aparıcı canlı yayımda göz yaşlarına hakim ola bilməyib və faciə qurbanlarının ailəsinə başsağlıq verib, onlardan üzr istəyib:

“Artıq xa0baş verən hadisənin 3-cü gününü yaşayırıq. xa0Ayın 19-u xa0çoxmərtəbəli binanın yanması xeyli sayda insanın xəsarət almasına səbəb oldu, xa0Allah bütün ölənlərə rəhmət etsin! Orada körpə uşaqlar da var idi, xa0onlara daha çox acıyıram. xa0Çünki mən də anayam, mənim də körpə uşağım var. xa0Bu gün "Gün üzündə" o uşaqları yada salıb çox qəhərləndim. xa0Bütün qonağlarım da, tamaşaçılar da bilirlər ki, elə bir söz işlətdim ki, bütün kütləvi informasiya vasitələrində yayıdı və mənə qarşı xa0istifadə olundu.

Mən qeyd edəndə ki, "insanın gözünün qarşısından bir lent kimi, film kimi gəldi keçdi" - xa0bu fikirimi bəzi insanlar xa0başqa xa0yerlərə yozdular xa0və hər yerə yaydılar. xa0Mən elə bir insanam ki, balaca bir uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da xa0məndən küsəndə mən ondan üzr istəyirəm. Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlar da qıcıq yaratdılar. xa0Həqiqətən də buna dəyməzdi. Mən gərək daha xa0diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın. Təəssüf, oldu...

Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynanyan birisi deyiləm. Mən özüm də iki uşaq anasıyam. xa0(ağlayır-red) xa0Bilirsiz, faciələri hamımız yaşayırıq, mən özüm də övlad itirmişəm. Bu məqamı ilk dəfədir ki, səsləndirirəm. Bunu bu günə qədər heç yerdə deməmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?!

Üzr istəyirəm hamınızdan...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO