Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Ellada Məmmədli Müsavat Partiyası sıralarından qanunsuz çıxarılmasına təmkinli reaksiya verib.
Moderator.az-a açıqlamasında Ellada xanım bildirib ki, yenidən Müsavata bərpa olunması üçün heç bir təşkilatdaxili quruma müraciət etmək fikrində deyil:
"Biz bu rəhbərliyin məqsədli şəkildə azad fikirlilərlə nə cür davranacağını cəmiyyətə göstərmək istədik. Və məncə buna nail olduq".




























































































