Sabah Pərviz Həşimlinin məhkəməsidir

Sabah Pərviz Həşimlinin məhkəməsidir

Hazırda oxunan: Sabah Pərviz Həşimlinin məhkəməsidir

65467
Moderator.az xəbər verir ki, sabah dekabrın 24-də tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçiriləcək.
Prosesə hakim Vaqif Mursaqulov sədrlik edəcək və proses 15.30-da başlayacaq.xa0

Qeyd edək ki, P. Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin ilkin baxış iclası zamanı çıxış edən vəkillər məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə kassasiya şikayəti verilib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib.
xa0
Apellyasiya Məhkəməsi ilkin məhkəmə instansiyasının hökmündən verilmiş apellyasiya şikayətinə dekabrın 24-də baxmağa qərar verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO