“Dialoq üçün əlverişli şərait yoxdur”x9d

“Dialoq üçün əlverişli şərait yoxdur”x9d

Hazırda oxunan: “Dialoq üçün əlverişli şərait yoxdur”x9d

62995

Son günlər hakimiyyət-müxalifət arasında dialoq məsələsi ciddi müzakirə predmetinə çevrilməkdədir. Maraqlıdır, bu gün tərəflər arasında belə bir dialoqun reallaşması üçün lazımi şərait varmı? Bu dialoq tərəflər arasındakı münasibətlərə, ölkədə siyasi-ictimai ab-havanın yumşalmasına, demokratiyanın inkişafına nə verə bilərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hazırda dialoq üçün o qədər də əlverişli mühitin olmadığını vurğuladı:

“Mən deməzdim k,i dialoq üçün əlverişli şərait var. Hesab edirəm ki, hakimiyyət öncə öz kursunu bəyan eləməlidir. Elan etməlidir ki, 2015-ci ildə yürüdəcəyi siyasət nədən ibarət olacaq. Çünki situasiya dəyişir. Neftin qiyməti aşağı düşür, qarşıdan Avropa Oyunları gəlir, Qərblə münasibətlərdə yeni bir situasiya formalaşır, bir çox məsələlər, o cümlədn vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlarla bağlı da problemlər var. Bu səbəbdən də hakimiyyət qarşıdakı ildə həyata keçirəcəyi siyasəti açıqlamalarıdır. Yalnız bundan sonra dialoqla bağlı müəyyən addımlar atmaq olar”x9d.

 

Elçin Mirzəyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO