Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü...

Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü...

Hazırda oxunan: Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü...

62818
Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov günümüzlə səsləşən ibrətamiz bir status paylaşıb:

"Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln "Azadlıq" bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə bənzəyirdi. Ancaq indi, yüz il keçəndən sonra hələ də bu fakt qarşısında qalmışıq. Belə ki, zənci xalqı hələ də azadlıqdan məhrumdur. Yüz il ötsə də, zəncilərin həyatı yenə də ayrıseçkilik və ögeylik buxovları ilə düyünlənib. Ümidvaram ki, günlərin bir günü ölkəmiz "bütün insanlar bərabər yaranıblar" prinsipi ilə yaşamaq naminə qəddini düzəldib yüksələcəkdir. Bir gün gələcək ki, Corciyanın qırmızı təpələrində keçmiş qul balaları ilə quldar balaları qardaşlıq süfrəsində bir-birilə çörək kəsəcəklər!
Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Mississippi ştatı günlərin bir günü azadlıq və ədalət vahəsinə çevrilsin! Arzum budur ki, mənim dörd uşağım günlərin bir günü elə bir ölkədə yaşasınlar ki, onlara dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər! Belə bir arzum var... Arzum budur ki, bu gün qubernatoru dişlərini qıcadıb bizi "məhv etmək" niyyətində olan Alabama ştatını sabah ağlı-qaralı oğlanların-qızların əl-ələ verib bacı-qardaş kimi gəzib-dolandığı məkan kimi tanısınlar. Bu gün belə bir arzum var!"
Amerikalı hüquq müdafiəçisi, 1964-cü il Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin 1963-cü il 28 avqust tarixində Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında 200-300 min nümayişçinin önündə etdiyi məşhur çıxışından.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO