QAT sədri Akif Nağı Moderator.az-a açıqlamasında Suriyada həlak olan Rövşən Bədəlovla bağlı maraqlı fikirlər səsləndirib, habelə ölkə rəhbərliyinə bir neçə sualla müraciət edib:
“Suriyada
həlak olması ilə bağlı xəbər yayılan Rövşən Bədəlov (“Bədəl” adı ilə tanınırdı)
Qarabağ Azadlıq Təşkilatının üzvü olub, Tərtərdən nümayəndə kimi QAT-ın 1-ci
qurultayında iştirak edib. O vaxtdan Qarabağda partizan dəstəsi yaratmaq cəhdləri
edib. Sonralar Çeçenistanda, Pankisi dərəsində döyüşlərdə iştirak edib. 2003-cü
ildə dəstə yaradaraq cəhbə xəttini keçib Qarabağda partizan hərəkatını başlamaq
istəyib. 2003-cü ilin avqustunda o başda olmaqla dəstənin 23 üzvü Bakıda həbs
olunub. Rövşən Bədəlova 10 il həbs cəzası verilib. 2013-cü ildə azadlığa çıxıb,
QAT rəhbərliyi ilə söhbətlərində yenə də Qarabağda döyüşmək istədiyini
bildirib. Görünür, bu arzusunu həyata keçirə bilmədiyinə görə Türkiyəyə, oradan
da Suriyaya gedib. Biz Rövşən Bədəlovun, onun kimi digər insanlarımızın yad ölkələrdə
həlak olmalarına təəssüf edirik. Onlar yad ölkələrdə deyil, Qarabağda döyüşməli,
ya qalib gəlməli, ya da şəhid olmalı idilər.
Allah rəhmət
eləsin.
Biz
hamını növbəti bu hadisə ilə bağlı düşünməyə dəvət edirik. Bizim oğullarımız
döyüşmək üçün niyə yad ölkələrə getməlidirlər? Nə üçün onların döyüşməsi üçün
Qarabağ müharibəsini başlamırlar? Onlar müharibə adamlarıdırlar, döyüşmək istəyirlər.
Onların öz ölkəmizdə, Qarabağ uğrunda döyüşmələri üçün şərait yaratmağın vaxtı
çatmayıbmı? Insanlarımızın yad ölkələrdə həlak olmağının günahı kimdədir? Biz
20 ildir ki, Qarabağda savaşın başlanmasını tələb edirik!
Hakimiyyətdən
soruşuruq: Müharibəni nə üçün başlamırsınız?”


























































































