Əli Əliyev Azərbaycan xalqına başsağlığı verdi

Əli Əliyev Azərbaycan xalqına başsağlığı verdi

Hazırda oxunan: Əli Əliyev Azərbaycan xalqına başsağlığı verdi

50885

Moderator.az xəbər verir ki, VİP sədri Əli Əliyev əsgər ölümləri ilə bağlı xalqa başsağlığı verib və hakimiyyətin ünvanına ciddi ittihamlar səsləndirib:

“Hardasa 1 saat öncə ordumuzun bu gecə verdiyi itkilər ölkəni sarsıdıb. Şəhidlərimiz növbəti dəfə torpaqlarımız "çayır" bitirməsin deyə, qanları ilə onu suvardılar. Allahın dərgahında yüksək məqama yüksəlmiş həmvətənlərimizin ailə üzvlərinə, yaxınlarına, bütün Millətimizə baş sağlığı verirəm. Bu gün televiziyaların vəziyyəti əslində aparılan məqsədyönlü siyasətin nəticəsidir. İctimaiyyət yaxın saatlar ərzində daha çox onları qınayır. Nəyə görə biz onları qınamalıyıq? Məgər biz bilmirik ki, televiziya məkanı birbaşa PA-dan idarə olunur ? Niyə hesab etməməliyik bu günkü çal-çağır hansısa bivec məmurun atışma xəttindəki qətliamı ört-basdır cəhdidir? Və yaxud yeni situasiya ilə üzləşən tele rəhbərlərin təlimatsızlıq şəraitndəki çaş-başlığıdır? Bütün hallarda həm əsgərlərimizin qətli, həm TV-lərdə baş verənlər YAP idarəçiliyinin eybəcərlikləridir. P.S. Deyirlər YAP rəhbərliyi Lazım kişini bərk axtarır. Lazım isə lazımsızlığını görüb inciyərək, bütün telefonlarını söndürüb. Görəsən indi kim köməyinə gələcək YAP sözçülərinin?”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO