Azərbaycan ordusu 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb

Azərbaycan ordusu 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb

Hazırda oxunan: Azərbaycan ordusu 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb

40717

Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupu işğal altında olan Dağlıq Qabarağda 40 erməni əsgərini öldürüb, 8-ni isə əsir götürüb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, azərbaycanlı hərbçilərin erməni əsgərlərini öldürməsindən sonra işğalçı ölkə də atəşkəsi iri və kiçik çaplı silahlarla pozmağa başlayıb.

Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu bir neçə dəfə Azərbaycan ərazisinə daxil olmaq istəsə də, hərbçilərimizin sayıqlığı qarşı tərəfin arzusunu ürəyində qoyub. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin diversiya qrupunun Dağlıq Qarabağ ərazisində hansısa əməliyyat keçirməsi ilə bağlı məlumatları təkzib edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO