Azərbaycan tarixinə, mədəniyyətinə adını əbədi yazdıran sənətkarlarımız arasında mərhum xalq artisti İlhamə Quliyeva da var. Bu gün onun doğum xa0günüdür.
Xalq artisti xa017 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən sənətkarın evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, artıq dünyasını dəyişmişdi. O, 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.
xa0
Moderator.az xəbər verir ki, Modern.azxa0saytıxa0 mərhum xalq artistini yada salmaq üçün onun yaxın qohumu müğənni xa0Əli Mirəliyevlə həmsöhbət olub.
xa0
“Azərbaycanda İlhamə Quliyevanı əvəz edən müğənni yoxdur”
xa0
Ə.Mirəliyev deyib ki,xa0 İlhamə Quliyevaxa0 onunxa0 yaddaşında çox əvəzsiz müğənni kimi qalıb:
“İlhamənin özünəməxsus oxumağı, sözləri tələffüz etməyi var idi.xa0 Ən əsası, xa0İlhamə baş səsi ilə deyil, sinə səsi ilə, xa0xa0yumşaq oxuyurdu.xa0 Onun bütün cizgilərində böyük sənət yolu, illərin əziyyəti var. İlhamənin yeri hər zaman başqa olacaq. Necə ki, Şövkət Ələbkərovanın, Gülağa Məmmədovunxa0 yeri boşdur, həmçinin xa0İlhamə Quliyevanınxa0 yeri elədir və uzun illər bu belə qalacaq. Bəlkəxa0 gələcək nəsil İlhaməyə oxşarxa0 ifalar edən birini görə bilər, amma bu, tam mümkün deyil. İndi Azərbaycanda İlhamə Quliyevanı əvəz edən müğənni qətiyyən yoxdur. Bilirsiniz, kimdəsə biri var, biri yoxdur, nələrsə çatışmır.xa0 Flora Kərimova estrada janrında oturuşduğu kimi İlhamə dəxa0 mahnı janrında oturuşub. Flora estradanın,xa0 İlhaməxa0 də mahnıxa0 janrının anasıdır. Bunlar ayrı-ayrı şeylərdir. Qızılgül, bənövşə, lalə - güllərinxa0 fərqli ətirləri var. Bax,xa0 hər gülün öz ətri olan kimi İlhamə Quliyeva ilə Flora Kərimovanın ətirləri başqadır və özlərinəməxsusdur”.
xa0
“İlhamə Quliyeva adi insan kimi yaşayıb”
xa0
Əli Mirəliyev deyir ki, İlhamə Quliyeva hamı kimi sıradan insan olub:
xa0
“Hərdən acı söz deyirdi, hərdən xətrimə dəyirdi, hərdən çox istəyirdi ya da öpürdü məni.xa0 Hamımız azərbaycanlıyıq da.xa0 Yəni İlhamə Quliyeva adi insan kimi yaşayıb, onda qeyri-adi nə var idi ki? Qeyri-adiliyi oxumağı idi. Amma xasiyyəti tamamiləxa0 müsəlman azərbaycanlılar kimi... Məni görəndə maç-muç öpürdü, görməyəndə söyürdü.xa0 Azərbaycanlılarda həmişə belə xasiyyət olub. Əksəriyyət işi düşəndəxa0 zəng edir, baxmayaraq ki, ölmüsən-qalmısan, xəbəri yoxdur.xa0 Biz beləyik də... Dəyişə bilmərik. Hərdən deyirlər, biz Avropaya inteqrasiya oluruq. Xeyr! Orda azərbaycanlılara yer yoxdur”.
xa0
“İlhamənin mahnılarınaxa0 toxunmaq olmaz”
xa0
Müsahibimizxa0 qeyd edib ki, İlhamə Quliyevaxa0 tez-tez onun yuxularına gəlir:
xa0
“Biz qızımlaxa0 hər həftənin cümə günləri qəbir üstündəyik. İlhamənin yanına gedib onunla söhbət edirik. Onun bizə giley-güzarı çoxdur. O, qızıma inanırdı. Bilirsiniz, İlhamə Quliyevanı qızım saxlayırdı. Qaynatam İsmayıl kişi İlhamənin doğma dayısıdır. İlhamə sanki bizlə söhbət edir, yuxumuza gəlir. O həmişə deyir ki, mənim evimi niyə darmadağın buraxdınız. Həm bacılarını nəzərdə tutur, həm də Orxanın ( red: oğlu , Orxan Nadirov)xa0 tərəfini.xa0 Sanki qızıma qışqıraraq deyir: “Sən onlarınxa0 evimə girməsinə niyə icazə verdin? Mənim onlardan zəhləm gedirdi. Kasıb-kusublar evimin sahibi olsun,xa0 onlar yox!”. İlhamənin qəbri od tutub yanır. Axı o, birdən öldü. Biz heç inanmırdıq ki, İlhamə ölə bilər. Gecə oynayıb, deyib-gülmüşdük, səhər isə ölüm xəbərini aldıq. Televiziyada İlhamə Quliyevanın mahnılarına qulaq asanda pis oluram. Kimsə mahnılarını oxuyur,xa0 özümü pis hiss edirəm. Onlar oxuya bilmirlər. Lazım deyil, İlhamənin mahnılarınaxa0 toxunmaq olmaz.xa0 Mahnıları gözdən salırlar. Ona qarşı ən böyük hörmət mahnılarını oxumamaqdır”.
xa0
İlhamə Quliyeva ilə son söhbət...
xa0
“Sonuncu dəfə mənə dedikləri belə oldu: “Evimə heç kimi buraxmayın!xa0 Anamın evi muzey olsun. Pullarım filan yerdədir”.xa0 İlhamə brilliantlarını qızıma verdi vəxa0 seyfə qoyub ağzını qıfıllamağı tapşırdı. Biz də elə edib otağın qapısını bağladıq, qızım açarı mənə verdi. Sonra Orxan gəlib açarı tələb etdi ki, yasını təşkil eləsin. Qırğın-müsibət ordan başladı. Bacıları, dava-şava... Biz qızımla qırağa çəkildik. Bilirsiniz, bu haqda çox danışmışam. Yada salanda əsəbiləşirəm. Çünki İlhamə illər boyu əziyyət çəkdi, yuxusuz gecələr keçirdi. O özünə böyük bir musiqi tarixi yazdı və salnaməyəxa0 qol çəkdi. Mən də öləcəm, amma İlhamənin ölümüxa0 xalqın musiqisinəxa0 ciddi zərbə oldu. Eynilə mənə də... Həm qohum, həm dəxa0 sənətkar kimi həyatdan getdi”.



























































































