Müdafiə Nazirliyindən ermənilərin yaydığı videoya ”“  MÜNASİBƏT

Müdafiə Nazirliyindən ermənilərin yaydığı videoya ”“ MÜNASİBƏT

Hazırda oxunan: Müdafiə Nazirliyindən ermənilərin yaydığı videoya ”“ MÜNASİBƏT

178776
“Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin guya öz bölmələrinin mövqelərini minaatanlardan vurmasını əks etdirən videomaterial yayıb”x9d.

Moderator.az -ın məlumatına görə, bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, döyüş meydanında məğlubiyyətə düçar olan Ermənistan tərəfi bunun əvəzini virtual məkanda çıxmağa uğursuz cəhdlər göstərir:xa0

“Hazırda cəbhənin müxtəlif istiqamətlərində, o cümlədən Tərtər-Ağdərə istiqamətində yerləşən ön xətt bölmələrimiz hazırlıq planına əsasən döyüş vəziyyətinə uyğun şəraitdə atış məşqləri keçirir. Videodakı partlayışlar isə ermənilərin iddia etdikləri kimi 60 millimetrlik minaatan mərmiləri yox, təlimdə istifadə edilən əl qumbaralarının partlayışıdır. Hətta mütəxəssis olmayan, silahdan azacıq anlayışı olan şəxs belə bu partlayışların minaatanların mərmilərinə aid olmadığını asanlıqla təyin edə bilər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO