““Güclü zəlzələ olacaq”x9d deyən

““Güclü zəlzələ olacaq”x9d deyən "falabaxanlara" inanmayın”x9d

Hazırda oxunan: ““Güclü zəlzələ olacaq”x9d deyən "falabaxanlara" inanmayın”x9d

159856

Bu gün Bakıda baş vermis sonuncu güclü zəlzələdən 16 il keçir. 2000-ci ilin noyabr ayının 25-də saat 21:30-da payxatda xa06,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ baş vermişdi. Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkmişdi və paytaxtla eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olunmuşdu.xa0

Nədənsə hər ilin noyabr ayının 25-i yaxınlaşdıqca insanlar arasında yenidən növbəti güclü zəlzələ baş verəcəyiylə bağlı qorxu yaranır. Bu il ötən illərə nisbətən həmin qorxu bir qədər də çoxalıb. Bu günlərdə Türkiyədə və Azərbaycanda növbəti güclü zəlzələnin gözləndiyi xa0barəsində “proqnozlar”x9d verirlər. Nobay ayının ortalarından bir neçə ölkədə ard-arda baş verən güclü yeraltı təkanlar bu “proqnozların”x9d gerçək ola bilmə ehtimalını bir qədər artırır.xa0

Xatrladaq ki, noybarın 13-dən başlayaraq ilk olaraq Yeni Zelandiyada bir-birinin ardınca güclü zəlzələlər baş verib. Əvvəlcə 6,3, daha sonra 7,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Yeni Zelandiyada baş verən 7,5 bal gücündə zəlzələ nəticəsində güclü ciddi dağıntılar olub, 2 nəfər həyatını itirib.xa0
Noyabrın 19-dan başlayaraq isə Türkiyənin əvvəlcə Hakkari bölgəsində Rixter cədvəli üzrə 3.6 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra xa0Türkiyənin Sivas vilayətində 4,0 bal gücündə zəlzələ olub. İki gün öncə Türkiyənin Van əyalətində 4,1 və 4,6 bal gücündə üç dəfə təkrarlanan yeraltı təkanlar qeydə alınıb.xa0

Moderator.az olaraq Respublika Seysmoloji Mərkəzinin direktoru Qurban Yetirmişli ilə yayılmış “panikalara”x9d aydınlıq gətirməyə çalışdıq.

Q.Yetirmişli ahalinin zəlzələylə bağlı “panikaya”x9d düşməsi üçün hazırda heç bir əsas olmadığını bildirdi:

“İnsanlar belə xəbərləri yayan falabaxanların sözlərinə inanmasınlar. Kim hardan bilə bilər ki, nə zaman zəlzələ baş verəcək. Zəlzələylə məşğul olan təşkilat var və biz belə bir məlumat verməmişik. Belə “panikaları”x9d yayanlar ümumiyyətlə zəlzələnin necə baş verdiyini, dalğanın mahiyyətini, formasını dərk etməyən insanlardır. Bu xəbərlərlə xalqı çaşbaş salmaq istəyirlər.xa0
25 noyabr tarixindən artıq 16 il keçir, həmin yerdə isə onsuz da mütəmadi olaraq yeraltı təkanlar baş verir, sadəcə bunlar hiss olunmayan dərəcədədir.xa0
Zəlzələ həmişə var, ancaq hazırda narahatçılığa heç bir əsas yoxdur. Güclü zəlzələ baş vermə ehtimalı olanda da əlbəttə ki, əhali öncədən xəbərdarlıq ediləcək”x9d.xa0


Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO