Türkiyənin haber7.com saytı Azərbaycanla bağlı narahatverici iddia ilə çıxış edib. Belə ki, sayt Fətullah Gülən təşkilatının Azərbaycanın güc orqanlarında, xüsusilə də daxili işlər orqanlarına öz adamlarının yerləşdirdiyini bildirib.
Maraqlıdır, Azərbaycan DİN-də Gülənçilərin olması mümkündürmü? Doğrudanmı Fətullahçılar daxili işlər orqanlarına böyük ölçüdə yol tapa bilib?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bu barədə dəqiq bir söz deyə bilməyəcəyini vurğulasa da, Türkiyə cəmiyyəti haqqında tənqidi fikirlər səsləndirdi:
“Doğrusu, mən bununla bağlı hər hansı araşdrıma aparmamışam və bu səbəbdən də məlum məsələ ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Lakin baş verən proseslər fonunda Türkiyə cəmiyyəti haqqında onu deyə bilərəm ki, Türkiyə cəmiyyəti Azərbaycan cəmiyyətindən qat-qat geridədir. Bu, olduqca geridə qalan bir cəmiyyətdir. Mən bu geriliyə heyrət edirəm.
Düzü, Türkiyə cəmiyyətinin bu qədər geridə qaldığını bilmirdim. Biz Türlkiyədən müqayisəolunmaz dərəcədə qabaqda imişik”x9d.
xa0
Seymur Əliyev
xa0


































































































