Qarabağda müharibə iki səbəbə görə başlayır  - “International Crisis Group”x9d

Qarabağda müharibə iki səbəbə görə başlayır - “International Crisis Group”x9d

Hazırda oxunan: Qarabağda müharibə iki səbəbə görə başlayır - “International Crisis Group”x9d

124845
“Dağlıq Qarabağ münaqişəsində mümkün müharibə gözləniləndir”x9d.


Bu haqda “International Crisis Group”x9d analitik mərkəzi yazır.


Mərkəz qeyd edir ki, Qərb ölkələri 22 il boyunca bu münaqişəni “dondurulmuş”x9d adlandırır: “Baxmayaraq ki, müşahidəçilər son dövrlər gərginliyin artdığı haqda xəbərdarlıqlar edirlər. Münaqişənin həllinə beynəlxalq təşkilatların çoxsaylı qətnamələri təsir etmir və tərəflərdən heç biri güzəştə getmək fikrində deyil”x9d.


Analitik mərkəz Qarabağda müharibənin başlaması ehtimalını bir sıra səbəblərə görə real hesab edir.

“Birinci amil Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsidir. Məsələ ondadır ki,  hazırda üz-üzə gələn Türkiyə Azərbaycana, Rusiya isə Ermənistana yaxındır. Belə olan halda iki regional güc arasında gərginliyin artması Qarabağda müharibə təhdidini gücləndirir.
 

İkinci amil İranın beynəlxalq səhnəyə qayıdışıdır. İran həm Ermənistan, həm də Azərbaycanla həmsərhəddir. Tehran münaqişədə vasitəçi olmaq istəyir. Lakin bunun necə baş verəcəyi aydın deyil. Çünki İran ənənəvi olaraq Ermənistanla isti münasibətlərə malikdir və Azərbaycanla bir sıra sahələrdə rəqabət aparır. Mümkündür ki, Tehran münaqişənin həllində rol almaq üçün gərginliyi dəstəkləsin”x9d, - deyə mərkəz qeyd edir.  

“International Crisis Group”x9d bu səbəbləri və regionda yaranmış situasiyanı nəzərə alaraq, Qarabağ münaqişəsini mümkün qədər tez həll etməyin vacibliyini vurğulayır.(Publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO