Şeirləri ilə yanaşı, maraqlı analitik yazılarıyla tanıdığımız Heydər Oğuz Türkiyə - Azərbaycan münasibətlərinin perspektiviylə bağlı mövqeyini yazdığı statusla bölüşüb.
Moderator.az xəbər verir ki, şair-publisist öz
statusunda ABŞ-ın ikinci adamı kimi tanınan Co Baydenin Türkiyə səfəri zamanı
dilə gətirdiyi bir məqama toxunub.
Xatırladaq ki, cənab Bayden keçirdiyi mətbuat
konfranslarından birində Türkiyəni Yaxın Şərq və Azərbaycanda ciddi təsir gücünə
malik müttəfiq adlandırmışdı. Görünür, bu açıqlamanı ABŞ-ın Türkiyəyə yeni
missiya biçməsi kimi qiymətləndirən şair-publisist paylaşdığı statusunda
bildirib:
“Baydenin Türkiyənin təsir dairəsi ilə bağlı
mövqeyi olduqca təhlükəlidir. Açığı, bu mövqedən məzhəb savaşının Azərbaycana
sıçradılması niyyətinin qoxusu gəlir.
Ümumiyyətlə, Türkiyə öz təsir dairəsi
prinsipinə yenidən nəzər salmalıdır. O, ya Yaxın Şərqin, ya da post-sovet məkanının
model dövləti anlayışlarından birini qəbul etməli, yalnız bir istiqamətdə işini
qurmalıdır.
Nədən ki, Yaxın Şərqdəki anlayışıyla Azərbaycana
girmək istəsə, bunun mütləq nəticəsi məzhəb savaşıdır. Ölkəmizin yarısından
çoxunun şüurunda olmasa belə, şüuraltında şiəçilik düşüncəsi yatır. Dolayısyla,
sünnülük təfəkkürünün toplumumuza təlqini İranın əlini gücləndirər, vətəndaşlarımızı
üz-üzə qoyar, Yaxın Şərq ssenarisinin Azərbaycana köçürülməsinə yol açar.
Türkiyənin Azərbaycana sirayət etməsinin ən məqbul variantı demokratik prinsiplərə söykənən dünyəvi ideologiyalardır. Bu zaman isə geopolitik sərhədləri Yaxın Şərqə qədər uzanan coğrafiyaya aid edilməyimiz anlaşılmazdır”x9d.


























































































