Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə görüş keçirib.
Musavat.com xəbər verir ki, rəsmi görüş mətbuata açıq şəkildə keçirilib.
Prezident İlham Əliyev “Bölgədə sülhün olmasını istəyirik. Türkiyə güclü olsa, Azərbaycan da güclü olacaqdır”x9d - deyə vurğulayıb.
Ə.Davudoğlu Türkiyənin Azərbaycana münasibətindən danışıb: “Azərbaycan bizim canımızdır. Azərbaycan ilə əlaqələrimiz həmişə üst səviyyədə olub. Türkiyə olaraq mövqeyimiz açıq və dəqiqdir. Azərbaycanın işğal altındakı torpaqlarının hər bir santimetri Azərbaycana qaytarılana qədər Türkiyə öz dəstəyini verməyə davam edəcəkdir”x9d.




























































































