Bilgəh, Maştağa, Zabrat, Pirşağı, Balaxanı camaatı yollarda qalıb
Hökumət qüvvələrinin Nardaranda xüsusi əməliyyat keçirməsi Nardarana bitişik digər kəndlər üçün də problemlər yaradıb. Artıq 2 gündür Maştağa, Bilgə, Pirşağı, Zabrat, Balaxanı kəndlərinə giriş-çıxış çətinləşib.
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri metronun “Koroğlu”x9d stansiyasından başlayaraq bir neçə məntəqədə post qurub. Vətəndaşlar bir-bir yoxlandıqdan sonra metroya buraxılır.
Hökumətin bu haqda açıqlamasında bildirilir ki, gücləndirilmiş rejim Nardaran kəndində silah-sursat olması haqqında əməliyyat məlumatlarına görədir.
Kəndlərə yolun bağlanması ictimai nəqliyyatın gediş-gəlişini çətinləşdirib. Ötən gün Maştağa, Bilgəh istiqamətinə işləyən avtobuslar yalnız Zabrat qəsəbəsinə qədər hərəkət edə bilib. Bundan sonra sərnişinlərə bildirilib ki, onlar evlərinə yalnız piyada gedə bilərlər. Söhbət 10-15 km yoldan getdiyi üçün bu kənd sakinləri arasında etirazlara səbəb olub. Bir çox vətəndaşlar avtobusların polis müşayiəti ilə kəndlərə getməsini təklif eləsələr də bu, qəbul olunmayıb. Vətəndaşlar mənzil başına bir neçə saat piyada gedəndən sonra çata biliblər. Bu durum şəhərdə çalışanlar üçün daha ciddi problemə çevrilib. Onların işə vaxtında gedib-gəlməsi faktiki mümkün deyil.xa0
Yolların bağlanması tədris prosesini də pozub. Şəhərdə yaşayan müəllimlər işə gələ bilmədiyindən məktəblərin yollar açılana qədər bağlanması qərara alınıb.
Yolların nə zaman açılacağı, həyatın normal şərtlərə nə zaman dönəcəyi ilə bağlı hələlik heç bir bilgi yoxdur.
Daha bir problemli məqam sözügedən kəndlərin məscidlərində İmam Hüseynin şəhadətinin 40-cı günü ilə bağlı mərasimlərin keçirilməsi zamanı yaşanıb. Sabunçu Rayon İcra Hakimiyyətdən verilən göstərişlə məscidlərin təkcə həyətlərində deyil, içərilərindəki dini bayraqlar da götürülüb. Bu addımı həm dindarlar, həm də məscidlərin axundları ilə hökumət nümayəndələri arasında narazılıq yaradıb. Məsciddə ibadət edənlər bildirib ki, bütün məscidlətin qapısında Azərbaycan bayrağı dalğalanır.xa0
Qara rəngli, üzərində dini şüarlar olan bayraqlar isə Məhərrəm ayının əsas atributlarından sayılır və hər il təziyə mərasimləri bitən kimi çıxarılır. Yaşananlar hökumət nümayəndələrinin insanların dini etiqad azadlığına sayğısız münasibəti kimi qiymətləndirilib.xa0
Onların fikrincə, əgər söhbət Azərbaycan dövlətinə qarşı separatçı hərəkət törədən şəxslərin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilməsindən gedirsə, bu, dini etiqadının şərtlərinə əməl edərkən Azərbaycan qanunlarını pozmayan insanların həyatına çətinliklər yaratmamalıdır. Axşam saatlarına yaxın “Yeni Müsavat”x9d qəzetinin əməkdaşı ilə əlaqə saxlayan Maştağa sakinlər bildirib ki, uzun müzakirədən sonra təziyə mərasimləri bitənə qədər məscidlərin içərisində qara bayraqların saxlanmasına icazə verilib.































































































