General Dövlət Bayrağı Meydanı İdarəsi rəisini qanunsuz həbs etməkdə ittiham olundu -İddia

General Dövlət Bayrağı Meydanı İdarəsi rəisini qanunsuz həbs etməkdə ittiham olundu -İddia

Hazırda oxunan: General Dövlət Bayrağı Meydanı İdarəsi rəisini qanunsuz həbs etməkdə ittiham olundu -İddia

108428


Xəbər verdiyimiz kimi, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və maklerlər İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun işində yeni situasiya yaranıb. İş üzrə zərərçəkən kimi adı keçən Zabil Salmanov Eldar Mahmudov tutduğu vəzifədən azad ediləndən dərhal sonra Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib. Ərizəsində o bəyan edib ki, əslində ona heç bir ziyan dəyməyib.

O, ağlasığmaz təzyiq altında yalan ifadə verməyə məcbur edildiyini açıqlayaraq cinayət işinin saxta olduğunu, özünü Eldar Mahmudovun çetesindən zərərçəkən hesab etdiyini vurğulayıb. “Yeni Müsavat”x9dın günlər öncə yaydığı xəbəri təsdiqləyən məlumat yayılıb.  

Report.az xəbər verir ki, noyabrın 25-də həbs olunan MTN Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Xaliq oğlu Qurbanova qarşı irəli sürülən ittihamlar sırasında Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun qanunsuz həbs olunması faktı da yer alıb.  

Sayt yazır ki, Sübahir Qurbanova Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə cinayət işi başlanıb. Belə ki, Sübahir Qurbanov həmin vaxt milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudovun göstərişinə əsasən, Zabil Şəkil oğlu Salmanova zor tətbiq edərək, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədova qarşı ərizə yazdırıb. Ərizədə R.Məmmədovun külli miqdarda dələduzluq etdiyi iddia olunub.

Bundan başqa, Eldar Mahmudovun göstərişinə əsasən, Sübahir Qurbanov "Azimport" MMC-nin rəhbəri Azər Əsgərovu onun barəsində cinayət işi başlanacağı ilə hədələyib. A.Əsgərova təzyiq göstərilərək R.Məmmədovun həmin tikinti şirkətinin qeyri-rəsmi sahibi olması barədə sənəd yazması istənilib. Sabiq milli təhlükəsizlik naziri və S.Qurbanovun məqsədi isə "Azimport" MMC-in əmlakını ələ keçirmək olub. Daha sonra MTN əməkdaşları MMC-də qeyri-qanuni axtarışlar aparıb və həmin zaman şirkətdən sənədlər və pullar götürüblər. Eyni zamanda, A.Əsgərov MTN əməkdaşları tərəfindən zorla nazirliyə aparılıb, ona sutkalarla əziyyət verilərək dindirilib və hədə-qorxu gəlinib. Həmçinin, A.Əsgərovun ölkədən çıxışına nazirlik tərəfindən qadağa qoyulub.

Rəşad Məmmədovun vəkili Akif Əlizadə də qəzetimizdə günlər öncə yazılanları təsdiqləyib. Vəkil deyib ki, Z.Salmanovun ifadəsi ortadan çıxandan sonra müvəkkilinə və digər iki şəxsə qarşı ittiham mahiyyətini tamamilə itirib: “Rəşad Məmmədovun və digərilərin işində 1 nəfər zərərçəkən var ”“ Zabil Salmanov. O, bu il mayın 8-də təzyiq altında MTN-ə ərizə verib. 4 gün sonra Rəşad Məmmədovu tutublar və dərhal ərizə əsasında Z.Salmanovu dindiriblər. Eldar Mahmudov oktyabrın 17-də tutduğu vəzifədən azad olunandan 3 gün sonra Zabil Salmanov MTN-ə və Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət edib. Ərizəsində ona təzyiq göstərərək Rəşad Məmmədov və digərilərinə qarşı ərizə yazdırıldığını, həmin ərizə əsasında tutulan Rəşad Məmmədov və digərilərindən heç bir şikayətinin olmadığını, günahsız insanların azad edilməsini xahiş edib. Çox təəssüf olsun ki, 1 aydan artıq vaxt keçməsinə  baxmayaraq ərizəyə reaksiya verilməyib!”x9d

Vəkil deyib ki, Rəşad Məmmədov özünü ittiham üzrə günahkar saymır: “Bizim müdafiə tərəfi olaraq istintaqdan xahişimiz ondan ibarətdir ki, ortada Rəşad Məmmədovu saxlamaq üçün heç bir əsas və sübut olmadığından, yəni Zabil Salmanov özü ərizə yazıb bildirir ki, əvvəlki ifadələri ondan təzyiq altında alınıb deyə tutulan şəxsləri azad etsinlər. O, ərizəsində yazır ki, “ifadəm, ərizəm əsasında günahsız insanların gedib həbsdə yatmalarını istəmirəm. Xahiş edirəm yazdığımı nəzərə alıb hər 3 şəxsi buraxın”x9d. 

Belə bir məzmunlu ərizənin istintaq orqanına təqdim edilməsindən 1 aydan çox vaxt keçib, amma ərizəyə baxan yoxdur. Günahı olmayan adamlar niyə həbsdə saxlanılırlar? Bizdə olan məlumata görə, general Sübahir Qurbanova verilən ittihamlar sırasında Zabil Salmanova təzyiq göstərilməsi, ondan zorla ifadə alınması ittihamı da var”x9d. 

Vəkil deyir ki, qanuna görə əgər zərərçəkən hüquq mühafizə orqanlarına, istintaqa belə bir müraciət edibsə, dərhal araşdırma aparılmalı və hüquqi qiymət verilməlidir: “Ərizəyə baxılmamasını heç cür anlaya bilmirəm. Bəlkə Zabil Salmanov müraciətində yazıb ki, ona Rəşad Məmmədov və ya digər 2 şəxs  təzyiq göstərirlər? Yox əgər ərizəyə baxıblarsa, belə bir halda niyə 1 aydır ki, bizə bu haqda məlumat verilmir? Niyə qanuni tədbirlər görülmür?”x9d 

Vəkil deyib ki, əgər zərərçəkən ibtidai istintaq dövründə və ya məhkəmənin gedişində yalan ifadə verməyə məcbur edildiyini açıqlayırsa qanunla işə xitam verməlidir: “Bunu etmirlərsə, heç olmasa, tutulanlar barəsində ev dustaqlığına buraxılma haqda qərar verməlidirlər. Bunu da etmirlərsə, işi yenidən araşdırmalıdırlar. İstintaq orqanı bu 3 variantdan heç birini etmir”x9d.  

Vəkil deyib ki, noyabrın 26-da istintaq orqanına vəsatətlə müraciət edib: “MTN və Baş Prokurorluğa vəsatət verdim. Xahiş etdim ki, Zabil Salmanovun müraciəti əsasında ifadəsi alınsın və hüquqi qiymət verilsin”x9d.

-Digər saxlanılan şəxs İradə Cavadova “Yeni Müsavat”x9da açıqlamasında demişdi ki, müvəkkili saxlanılandan sonra kəskin şəkildə arıqlayıb. Sizin müvəkkilinizin sağlıq durumu necədir? Hər hansı bir problemi varmı? 

-Rəşad Məmmədov saxlanma şəraitindən gileylənmir. Onunla davranış da normaldır, qanunlar çərçivəsindədir. Onun əsas narazılığı Zabil Salmanovun ərizəsinə baxılmamasındandır. Rəşad Məmmədovun həbsə alınması üçün Zabil Salmanovdan zorla ifadə alıblar. Həmin ifadənin əsasında Rəşad Məmmədova ağır bir ittiham verilib. Həmin ittihamın özülünü Zabil Salmanovun ifadəsi təşkil edirdi. Çünki bu adamların həbsi üçün işdə başqa heç bir əsas yoxdur. Evin özülü olmayanda ev uçub-dağılır. Hazırda ittiham aktı da həmin uçulub-dağılmalı olan evdir. Zabil Salmanovdan həmin ifadələri zorla alan şəxslərin barəsində noyabrın 25-də həbs qətimkan tədbiri seçilib. Zabil Salmanov epizoduna görə də ona ittiham veriblər”x9d.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi başlanıb. R.Məmmədov hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır.

Xatırladaq ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO