Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO

Hazırda oxunan: Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli oldu - FOTO

211554

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Ən yaxşı nəticəni “Trident”dən Riçard Versxor göstərib.

“ART Qrand Priks”in fransalı sürücüsü Viktor Martın ikinci, “Rasinq Prema”dan italiyalı Kremi Antonelli üçüncü olub.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Van Amersfoort” komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə “Trident”də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO