“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula-1” dünya çempionatının beşinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, yarış Şanxayda baş tutub.
İkinci yeri britaniyalı Lando Norris (“McLaren”) tutub. Üçüncü yerə “Red Bull”-dan meksikalı Serxio Peres çıxıb.
Çin Qran Prisi 2019-cu ildən bəri ilk dəfə olaraq keçirilib.
Əvvəlki dörd mövsümdə mərhələ koronavirus pandemiyası səbəbindən ləğv edilib.
Hazırda ümumi hesabda üçqat dünya çempionu Ferstappen 110 xalla birinci yeri tutur. Peres 85 xalla ikinci, “Ferrari”dən Şarl Lekler (76 xal) üçüncüdür.
Konstruktorlar çempionatında ilk üçlüyə “Red Bull” (195), “Ferrari” (151) və “McLaren” (96) daxildir.
Xatırladaq ki, mayın 3-dən 5-dək Mayamidə (Florida, ABŞ) “Formula-1”in altıncı mərhələsi keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Formula 1
14:32 / 21.04.2024
“Formula-1” Çin Qran Prisinin qalibi bəlli oldu
Hazırda oxunan: “Formula-1” Çin Qran Prisinin qalibi bəlli oldu
Hazırda oxunan: “Formula-1” Çin Qran Prisinin qalibi bəlli oldu
188228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.