“Ferrari”nin pilotu Avstraliya Qran-prisinin qalibi oldu

Hazırda oxunan: “Ferrari”nin pilotu Avstraliya Qran-prisinin qalibi oldu

183986

Formula 1 üzrə Avstraliya Qran-prisinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, mövsümün üçüncü mərhələsində qalib adını “Ferrari” komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns qazanıb. 

İkinci yeri “Ferrari” komandasının digər sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü “McLaren”dən britaniyalı Lando Norris tamamlayıb. 

Hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan çıxıb. 

Həmçinin “Mercedes”in britaniyalı pilotları Lüis Hemilton və Corc Rassel yarışı tamamlaya bilməyiblər. “Formula 1”in növbəti mərhələsi aprelin 5-dən 7-dək Yaponiyada keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO