2-ci ordu korpusunun komandiri bir yanğına görə vəzifəsindən azad edildi -Ermənistanda...xa0

2-ci ordu korpusunun komandiri bir yanğına görə vəzifəsindən azad edildi -Ermənistanda...xa0

Hazırda oxunan: 2-ci ordu korpusunun komandiri bir yanğına görə vəzifəsindən azad edildi -Ermənistanda...xa0

587434
Ermənistanda  2-ci ordu korpusunun komandiri tutduğu vəzifədən azad edilib. 
 
Moderator.az xəbər verir ki, "Hraparak"ın yaydığı məlumata görə, bu barədə Vaaqn Xaçaturyanın fərmanında deyilir.
 
Korpus komandiri  "konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq baş nazirin təqdimatı ilə, habelə “Hərbi vəzifə və hərbi qulluqçuların statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq" vəzifəsindən azad edilib.
 

Xatırladaq ki,  yanvarın 18-19-a keçən gecə Ermənistanın(Qərbi Azərbaycan) Göyçə mahalı Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın nəticəsində 15 hərbçi ölüb. Bildirilib ki, 3 nəfərin vəziyyəti ağırdır. 

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO