Dişlərinizi güclü və sağlam saxlamaq və mədə-bağırsaq traktının patologiyalarından uzaq olmaq üçün yeməkləri normal şəkildə çeynəmək lazımdır.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı məşhur stomatoloq İrina Rubleva mediaya açqılamasında deyib.
Onun sözlərinə görə, yeməyi zəif çeynəyərkən təhlükəli fəsadları ortaya çıxır.
Həkim bildirib ki, bərk qidanı düzgün çeynəmədikdə zəif həzm olunur və bu da bağırsaqlarda və digər daxili orqanlarda iltihabın inkişafına səbəb ola bilər:
“Bir insan iri tikəni udduqda, tüpürcək vəziləri qeyri-kafi miqdarda ferment istehsal edir. Buna görə dişlərin demineralizasiyası başlayır və bu patoloji proses vaxtında həkimin köməyi ilə dayandırılmazsa, kariyes və digər diş xəstəliklərinə səbəb ola bilər”.
Rubleva əlavə edib ki, yeməyi əngin yalnız bir tərəfində - sağ və ya sol tərəfdə çeynəmək də zərərlidir, üzün asimmetriyasına səbəb ola bilər. (Lent.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
04:20 / 28.07.2022
Yeməyi düzgün çeynəməməyin FƏSADLARI
Hazırda oxunan: Yeməyi düzgün çeynəməməyin FƏSADLARI
Hazırda oxunan: Yeməyi düzgün çeynəməməyin FƏSADLARI
85810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.