TƏBİB-dən antibiotiklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – Ancaq bu halda istifadə oluna bilər 

TƏBİB-dən antibiotiklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – Ancaq bu halda istifadə oluna bilər 

Hazırda oxunan: TƏBİB-dən antibiotiklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – Ancaq bu halda istifadə oluna bilər 

64256

“Antibiotiklərdən bakterial infeksiyaların müalicəsində istifadə olunur. Bu da əsasən ölümcül xəstəliklər ola bilər. Onların müalicəsində mütləq şəkildə antibiotik istifadə edilir”. 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib. 

Onun sözlərinə görə, antibiotiklərə davamlılıq qlobal problemdir:

“Bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır. Yəni antibiotik həmin bakteriyaları məhv edə bilmir. 
Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur. Həkim tövsiyəsi olmadan antibiotik istifadəsi yolverilməzdir. Başqası istifadə edib, müsbət təsir edib fikri ilə antibiotik istifadəsi doğru deyil. Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO