Pis ağız qoxusundan necə yaxa qurtarmaq olar - SADƏ ÇÖZÜM 

Pis ağız qoxusundan necə yaxa qurtarmaq olar - SADƏ ÇÖZÜM 

Hazırda oxunan: Pis ağız qoxusundan necə yaxa qurtarmaq olar - SADƏ ÇÖZÜM 

53619

Ağızdan gələn pis qoxu bir çox insanın ortaq problemidir.  Bəs, bir sıra səbəblərdən meydana çıxan bu problemin həlli yolu varmı? 

Bizim.Media “inosmi.ru” saytına istinadən xəbər verir ki, isveçli stomotoloq Karin Syoqren bu mövzuda araşdırmalarının nəticəsini ictimaiyyətə açıqlayıb. 

“Həmkarlarım və mən özüm də müşahidə edirəm ki, pandemiya zamanı çoxları öz rejimini, o cümlədən gigiyenik rejimini tamamilə itirib. Məsələn, insanlar ağız gigiyenasına etinasızlıq göstərməyə başlayıblar. Cəmiyyət yavaş-yavaş yenidən açılmağa başlayanda çoxları ağız qoxusu problemi ilə bağlı bir şey etməli olacaq”, - deyə stomotoloq qeyd edib. 

80-90% hallarda ağız qoxusu dişlərdə və dildə olan bakteriyalarla əlaqələndirilir.

Həkimin fikrincə, bakteriyaların öz işlərini sərbəst şəkildə yerinə yetirməsinə nə qədər uzun müddət icazə veririksə, qoxu bir o qədər kəskin olur. 

“Bir çox insanlar ağız qoxusundan yaxa qurtarmaq üçün bahalı məhsullardan istifadə edir, amma əslində burada ən yaxşı məsləhət adi diş fırçası və diş ipi ilə ağzınızı düzgün təmizləməkdir”, - Syoqren bildirib. 

“Bakteriyalardan tamamilə qurtula bilməyəcəksiniz, ancaq dişlərinizi və dişlərarası boşluqları fırçalamaq və diş ipi ilə təmizləmək onların çoxalmasının qarşısını alacaq və həmçinin ağızda qan dövranını yaxşılaşdıracaq", - deyə 30 illik təcrübəsi olan diş həkimi Karin Syoqren deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO