Avropada koronavirus əleyhinə vaksinlərin qiyməti: - 1 DOZA 15.5 AVRO

Avropada koronavirus əleyhinə vaksinlərin qiyməti: - 1 DOZA 15.5 AVRO

Hazırda oxunan: Avropada koronavirus əleyhinə vaksinlərin qiyməti: - 1 DOZA 15.5 AVRO

3251

ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin Avropa İttifaqı (Aİ) ölkələri üçün istehsal etdikləri koronavirusa qarşı vaksinin təxmini qiyməti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, İngiltərənin “Reuters” agentliyinin tədarüklərə dair danışıqlarında iştirak etmiş Aİ-nin rəsmisindən əldə etdiyi məlumata görə, 1 doza vaksinin təxmini qiyməti 15,5 avro təşkil edəcək.

Bildirilib ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin bir müddət öncə verdiyi açıqlamasına əsasən, Aİ-nin satın alma planlarına daxil olan, “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi 300 milyon doza vaksinin qiyməti 4,6 milyard avro təşkil edəcək.

Avropa İttifaqı Alman şirkətinin istehsalı olan 405 milyon dozanın tədarükü üçün müqavilə imzalayıb. Tədarüklərin artıq mart ayında başlaya biləcəyi bildirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO